...

Müğənni Yeganə ilk dəfə oğlu Ömərlə birlikdə (FOTO)

Mədəniyyət Materials 24 May 2011 17:32 (UTC +04:00)
Üç ay bundan öncə Türkiyədə ana olan populyar Azərbaycan müğənnisi Yeganə Akbudak (Mürsəlova) Bakıdadır. Ana olmaq məsuliyyətini dərindən dərk edən sənətçi vaxtının çoxunu oğlu Ömərlə keçirir. Yeganə Vətəndə bir neçə sevinci birdən yaşayıb
Müğənni Yeganə ilk dəfə oğlu Ömərlə birlikdə (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Ş.Cavadsoy/

Üç ay bundan öncə Türkiyədə ana olan populyar Azərbaycan müğənnisi Yeganə Akbudak (Mürsəlova) Bakıdadır. Ana olmaq məsuliyyətini dərindən dərk edən sənətçi vaxtının çoxunu oğlu Ömərlə keçirir. Yeganə Vətəndə bir neçə sevinci birdən yaşayıb.

"Vətəndə olmaq və elə burada "Eurovision" qalibiyyətimizi yaşamaq çox gözəl və əvəzolunmaz bir hssdir. Olduqca xoşbəxtəm və həmin günü ailəlikcə çox sevindik. Həyat yoldaşım Fatih elə ilk gündən Azərbaycanın bu yarışmada qalib olacağını desə də, nəticələr mənim üçün sürpriz oldu. Ancaq Fateh deyirdi ki, mən bilirdim, çünki ən güclüsü Azərbaycan idi", - müğənni Trend-ə deyib.

Vətənimizə hər zaman qalibiyyət diləyən Yeganə, bu günlərdə daha bir xoş xəbərin sevincini yaşayıb. Bu da Türkiyənin "Fənərbaxça" futbol klubunun qələbəsi olub.

"Biz ailəlikcə "Fənərbaxça"lıyıq və bu klubun qalibiyyəti bizim ailədə böyük bayrama çevrilir. Ömər hələ bunun fərqinə varmasa da, bizim sevincimizə qoşulur və bərabər gülürük. Hər iki sevinci Azərbaycanda olduğum zaman yaşamağımdan çox məmnunam",- Yeganə Akbudak bildirib.

Vaxtının böyük hissəsini əsasən övladları Ömərlə keçirən Yeganə və Fateh cütlüyü, valideyn missiyasının öhdəsindən də bacarıqla gəlirlər. Bu yaxınlarda iştirak etdikləri məclislərin birinə Ömərlə birgə qatılan Fateh və Yeganənin xoşbəxtliyi gözlərindən oxunub. Ömər həm atası, həm də anasının sevimlisidir. Yeganə Fatehdən, Fateh isə Yeganədən razılıq edir."Əsas odur ki, bir-birimizi başa düşürük və oğlumuzla daha çox zaman keçiririk. Çünki həyatda ən gözəl hiss məhz valideyn məsuliyyətini duymaqdır. Ömər bizim həyatımıza ayrı bir dad qatıb və bu möhtəşəm bir hissdir", - Yeganə əlavə edib.

Müğənninin həyat yoldaşı Fateh və oğlu Ömərlə birgə ilk fotolarını da təqdim edirik.

Xəbər lenti

Xəbər lenti