...

Rəqibsiz və qorxulu tele-aparıcıları Siz də tanıyın (FOTO)

Mədəniyyət Materials 4 İyun 2011 14:45 (UTC +04:00)
Trend ilə Lider TV-nin birgə layihəsi kimi hər həftənin cümə günü saat 23:45-də, təkrarı isə bazar ertəsi saat 23:30-da Lider telekanalının efirində nümayiş olunan "Fotoşok" paparatsi verilişi reytinqləri qırmağa davam edir
Rəqibsiz və qorxulu tele-aparıcıları Siz də tanıyın (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Trend ilə Lider TV-nin birgə layihəsi kimi hər həftənin cümə günü saat 23:45-də, təkrarı isə bazar ertəsi saat 23:30-da Lider telekanalının efirində nümayiş olunan "Fotoşok" paparatsi verilişi reytinqləri qırmağa davam edir.

Azərbaycan şou-biznesinin tanınmış simalarının şok kadrlarının göstərildiyi proqramın aparıcıları Novruz və Murad rəqibsiz, qorxulu tele-aparıcılardır desək, daha doğru səslənər. Onlar yerli sənətçilərin gözlərinin odlarını elə alıblar ki, artıq "Fotoşok" sözü eşidiləndə əksər müğənnilərin üzlərində təlaş hakim kəsilir və "ehtiyat igidin yaraşığıdır" deyib, hərəkətlərinə ciddi-cəhdlə fikir verirlər.

Maraqlıdır, görəsən, daim ulduzları qorxu içində saxlayan kompleksiz "fotoşok"çuların özləri foto-kameranın obyektivinə tuş gələndə hansı vəziyyətə düşürler? Bunu bilmək üçün təqdim etdiyimiz fotolara biganə qalmayıb.

Xəbər lenti

Xəbər lenti