...

Nadir Qafarzadə terrora qarşı bombasını partlatdı (VIDEO)

Mədəniyyət Materials 24 İyun 2011 14:39 (UTC +04:00)
Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla aparılmış və hazırda Space TV-də yayımlanan "Extreme" realiti-şousunun ən iddialı iştirakçılardan biri müğənni Nadir Qafarzadə şou-biznesdə nəhayət ki, bombasını partlatdı. Söhbət əjdaha təxəllüslü Nadirin "Bomba" adlı yeni mahnını repertuarına daxil etməsindən gedir. Trend-ə Qafarzadənin əvəzinə danışan bəstəkar Vüsalə Hikmət müğənni ilə işbirliyindən razı qaldığını dilə gətirdi.
Nadir Qafarzadə terrora qarşı bombasını partlatdı (VIDEO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla aparılmış və hazırda Space TV-də yayımlanan "Extreme" realiti-şousunun ən iddialı iştirakçılardan biri müğənni Nadir Qafarzadə şou-biznesdə nəhayət ki, bombasını partlatdı. Söhbət əjdaha təxəllüslü Nadirin "Bomba" adlı yeni mahnını repertuarına daxil etməsindən gedir. Trend-ə Qafarzadənin əvəzinə danışan bəstəkar Vüsalə Hikmət müğənni ilə işbirliyindən razı qaldığını dilə gətirdi.

"Sözləri Orxan Ömərə, musiqisi mənə məxsus olan "Bomba" mahnısının mövzusu bugünkü həyatımızla eynilik təşkil edir. Daha doğrusu, bütün dünyanı bürüyən terror dalğasına həsr olunmuş bir mahnı ərsəyə gətirdik. Nadir mahnıya qulaq asan kimi "mən oxuyacağam" dedi, biz də tərəddüd etmədən onun istəyi ilə razılaşdıq. Şüarımız "terrora yox" olsa da, partlayışlardan sığortalanmağın mümkünsüzlüyünü də göstərməyə çalışmışıq", - bəstəkar dedi.

Söhbət əsnasında öyrəndik ki, Vüsalə xanım studiyada mahnını lentə aldırdığı zaman Nadirin bekvokalı kimi səsinin yazılmasına da qarşı çıxmayıb. Bu isə bəstəkarın səs imkanlarını nümayiş etdirməkdən ötrü yaranmış ən yaxşı məqam olub.

Xəbər lenti

Xəbər lenti