...

Bunu ancaq Günel Ələkbərova edə bilərdi... (FOTO)

Mədəniyyət Materials 30 İyul 2011 15:51 (UTC +04:00)
Bunu ancaq Günel Ələkbərova edə bilərdi...
Bunu ancaq Günel Ələkbərova edə bilərdi... (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi, səs-sorağı gah Afrika ölkəsi Namibiyadan, gah da Türkiyədə keçirilən mötəbər festivallardan eşidilən Günel Ələkbərova Bakıda olduğu müddət ərzində də dinc oturmur. Bakı kəndlərinin birində yerləşən bağ evində dincələrək (xahişini nəzərə alıb, kəndin adını yazmırıq - red.), yayın qızmar istisindən qorunmağı Xəzərin sahillərində tapan müğənni əsl istirahətin kefini çıxarır. Təşkil olunan məclislərin birindən çıxıb bağına yollandığı zaman yol boyu Trend üçün qeyri-adi fotosessiya etdirmək arzusunu bizimlə bölüşən Ələkbərova çox düşündükdən sonra "yaxşısı budur bağa gedək" deyib avtomobilini yaşadığı kəndə tərəf sürdü.

Evlərinin qarşısına çatdığımızda saatın əqrəbləri 02.00-ı göstərirdi. Deyəsən, ailə üzvləri çoxdan yuxuya getmişdilər. Özünə haqq qazandırmağa çalışan Günel bizi inandırmağa çalışdı ki, valideynləri şəhərdəki evdə qalacağını yəqin etdikləri üçün onu gözləməyib yatıblar. "Bəs nə etməli?", "Gecənin bu vədəsində harada şəkil çəkdirməli?" bu kimi sualları özünə ünvanlamaqdan yorulmayan sənətçi nəhayət ki, çıxış yolunu tapdı. Fotolardan da göründüyü kimi, o, özünün idarə etdiyi avtomobili çəkiliş meydanı kimi istifadə etməyə heyifsilənmədi.

Təsəvvür edin, villalarla əhatə olunmuş sakit ərazidə, səssizliyin hökm sürdüyü məhəllədə komplekssiz Günel avtomobilinin üstünə çıxıb elə pozalar verməyə başladı ki, sanki bunu ilk dəfə yox, hər dəfə reallaşdırıbmış...

Bir neçə dəqiqə davam edən çəkiliş zamanı avtomobilin üstündə olan toz geyiminə hopduğundan qətiyyən narahatlıq keçirməyən Ələkbərovanın gözünə çəkiliş üçün anidən başqa yer sataşdı. Həmin fotoları isə gələn həftə Sizə təqdim edəcəyik. Hələlik bəzi fotolarda dilli-dilavər, bəzilərində huri-mələk, digərlərində isə idmançı təsiri bağışlayan Günel Ələkbərovanın çox danışılacaq fotosessiyasını təqdim edirik.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti