...

Natavan Həbibi: "Ayrılmarıq...!"

Mədəniyyət Materials 9 Avqust 2011 17:50 (UTC +04:00)
Populyar estrada müğənnisi Natavan Həbibi də öz adını yay konserti verən həmkarlarının sırasına yazdırmağa qərar verib
Natavan Həbibi: "Ayrılmarıq...!"

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Natavan Həbibi də öz adını yay konserti verən həmkarlarının sırasına yazdırmağa qərar verib. 19 avqust tarixində Nabranda yerləşən istirahət mərkəzlərinin birində səhnəyə çıxmağa hazırlaşan müğənninin konsertinin təşkilatçısı isə tanınmış prodüser Mister Tolikdir. Trend-ə həmin tədbir barədə danışan da elə prodüserin özü oldu.

"Əslində qərarlaşdırmışdıq ki, konserti 13 avqusta təyin edək. Sadəcə hava şəraitinin normal olmaması bizi bu istəyimizdən daşındırdı. Təklif məndən gəldi və Natavan da öz şərtlərini irəli sürüb razılaşdı. Natanın pərəstişkarlarının hamısına səslənib deyirəm ki, çox fərqli bir proqramın şahidi olacaqsız. Məxsusi olaraq Bakıdan səhnənı daha ecazkar etməkdən ötrü səs və işıq avandanlıqları, lazer aparatları aparacağıq. Bir sözlə, səhnədə əsl şounun baş tutması üçün nə lazımdırsa, ən xırda detalına qədər, quraşdırılacaq", - Mister Tolik dedi.

"Ayrılmarıq...!" adı konsertə təsadüfən verilməyib. Belə ki, mügənni sözləri Mətanət xanıma, musiqi Fərid M.Bayramlıya məxsus olan eyniadlı mahnını eksklüziv olaraq həmin gecə dinləyiciləri üçün ifa edəcək. Satılacaq biletlərin qiyməti də elə baha deyil. "Natavanın istəyi ilə biletlər münasib qiymətə satışa çıxarılacaq. Baxmayaraq ki, bu halda izdiham yarana biləcəyi qaçılmazdır, Nata bütün sevənlərini başına cəmləmək niyyətindədir. Odur ki, qoy reklam anonsları yayımlandığı vaxtda konsertə gəlmək arzusunda olan tamaşaçılar biletləri əldə etməyə çalışsınlar", - Tolik əlavə etdi.

Məlumat üçün bildirək ki, uzun illərdən bəri peşəkar prodüser fəaliyyəti ilə məşğul olan Mister Tolik bir neçə dəfə Röya Ayxanın, eləcə də gürcü müğənni İraklinin Bakıdakı solo konsertlərinin təşkilatçılığını edib. O, həm də korporativ gecələrin yüksək səviyyədə təşkili ilə də məşğul olur.

Xəbər lenti

Xəbər lenti