...

Türkiyənin ən çılğın müğənnisi Bakıya gəlir (FOTO)

Mədəniyyət Materials 11 Avqust 2011 12:51 (UTC +04:00)
Türkiyənin ən çılğın müğənnisi Bakıya gəlir (FOTO)
Türkiyənin ən çılğın müğənnisi Bakıya gəlir (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Turkiyənin ən çıllğın mügənnilərindən olan Kendi Bakıda konsert verməyə hazırlaşır. Azərbaycana hələ öncədən gəlmək arzusunda olan müğənni ölkəmizə olan marağını gizlətməyib. Kendinin ailəsində, yaxın qohumlarından birinin azərbaycanlı xanımla ailə həyatı qurması onun ölkəmizə marağını daha da artırıb.

"Bakıya gəlib oranın mədəni həyatı ilə tanış olmaq, insanları yaxından tanımaq Azərbaycan mətbəxini dadmaq ən böyük arzumdur".

Konserti barədə Trend-ə danışan müğənni tamaşaçılara maraqlı şou hazırladığını da bildirib. "Tamaşaçıları seksi şou, gözəl performans və gözqamaşdırıcı səhnə geyimi ilə təəccübləndirəcəyəm".

Qeyd edək ki, sentyabr ayında baş tutacaq konsert şəhərin ən dəbdəbəli klubunda keçiriləcək.

Kendi 4 yaşından musiqi ilə məşğul olur. Klassik baletlə məşğul olan müğənni peşəkar karyerasına 2009-cu ildə başlayıb. "Aksi" isimli singl ve iki albom buraxdıran sənətçi Türkiyədə əsasən klipləri ilə diqqət çəkir. Hazırda yeni klipinin çəkilişlərinə hazırlaşan müğənni Tarkanın komandası ilə işləyir.

Xəbər lenti

Xəbər lenti