...

Faiq Ağayev konkret sevgisini riyaziyyata gətirir

Mədəniyyət Materials 13 Avqust 2011 14:55 (UTC +04:00)
Azərbaycanın xalq artisti, cənab Qızıl Şlyager, 100% F.A real hit olacaq mahnısını dinləyicilərə təqdim edəcək. Bu barədə Trend-ə mahnının müəllifi, bəstəkar-şoumen, tele-aparıcı Murad Arif məlumat verdi
Faiq Ağayev konkret sevgisini riyaziyyata gətirir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, cənab Qızıl Şlyager, 100% F.A real hit olacaq mahnısını dinləyicilərə təqdim edəcək. Bu barədə Trend-ə mahnının müəllifi, bəstəkar-şoumen, tele-aparıcı Murad Arif məlumat verdi.

"Müəllif olaraq mənim özəlliyim ondadır ki, hamının düşündüyü mövzuları fərqli yanaşmalarla musiqi dilinə çevirirəm. Murad Arifin bütün mahnılarında elə sözlər işlənilir ki, heç bir Azərbaycan mahnısında o terminlərə rast gəlinməyib. Necə düşünürəm, elə də yazıram. Xalq artisti Faiq Ağayev üçün yazdığım "Riyaziyyat" mahnısında heç də riyazi terminlər işlədilmir. Söhbət yenə də sevgidən gedir. Bəzən yaşadığımız həyatda insanlar hər şeyi qəlizləşdirirlər. Halbuki sadə riyazi formuldan yararlanıb, bütün çətin hesab edilən məsələləri həll etmək mümkündür. Hər şeyin yaxşı olduğuna inanmaq üçün 2+2= 4 devizili ilə yaşamaq lazımdır. Bəli, Faiq Ağayev həm şəxsi həyatında, həm də yaradıcılığında konkretliyi sevən insan kimi tanınır. Bu səbəbdən də konkret sevgi yaşayan insanlardan bəhs edən mahnını yalnız o, ifa edə bilərdi. Məncə, sevənlər "sevirsən qal, sevmirsən xoş getdin!" devizini əllərində rəhbər tutmalıdırlar", - Murad Arif dedi.

Söhbət əsnasında bəstəkar söz verdi ki, dinləyicilərə arzularında olduqları digər mövzulardan bəhs edən mahnılar da təqdim edəcək.

"Yazdığım bütün mövzular öz yaşadıqlarımla bərabər, dostlarımın başına gələn hadisələrdən qaynaqlanır. Götürək elə əməkdar artist Sevda Ələkbərzadə üçün yazdığım "Dünya sənin əlində" mahnısını. Mən həyata belə baxıb yaşayıram. İstənilən insan gözəl əməllər sahibi olsa, bu, inanın, özünə qayıdacaq. Mahnının sözlərində deyildiyi kimi "əməllərini düşün, etdiklərin qayıdacaq". Bu tip mahnılarım davamlı olacaq. Ruhdan düşmək olmaz", - Murad Arif əlavə etdi.

"Riyaziyyat" mahnısının təqdimatına gəldikdə isə Murad konkret tarix açıqlamaqda çətinlik çəkdi: "Mahnının təqdimatı qeyri-müəyyən vaxta qədər uzadılır. Çünki sözlərində bəzi elementlər müğənnini qane etmir. Mən də bu baxımdan çox prinsipialam, istəmirəm ki, təklif ediyim sözlərdə hansısa ixtisarlar edim. Mövzuya toxunmamaq şərtilə mahnının sözlərində dəyişiklik etmək niyyətindəyəm. Bu vaxta qədər mahnılarımı ifa edən heç bir müğənninin kaprizi ilə oynamağı xoşlamamışam. Amma Faiq Ağayev elə bir sənətçidir ki, onun təklifini məmnuniyyətlə dəyərləndirirəm. Hər halda məndən təcrübəlidir və əsla pis məsləhət görməz", - bəstəkar qeyd etdi.

Xəbər lenti

Xəbər lenti