...

Cənnət və cəhhənəmə səyahət (FOTO)

Mədəniyyət Materials 13 Avqust 2011 14:59 (UTC +04:00)
Cənnəti və cəhənnəmi bu dünyada görmək istəyənlər! Sizə maraqlı fotosessiya təqdim etməklə qiyabi olaraq, ölümdən sonra həyatın davam edəcəyi məkanlara aparmaq istəyirik.
Cənnət və cəhhənəmə səyahət (FOTO)

Türkiyə, Mersin, 13 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Cənnəti və cəhənnəmi bu dünyada görmək istəyənlər! Sizə maraqlı fotosessiya təqdim etməklə qiyabi olaraq, ölümdən sonra həyatın davam edəcəyi məkanlara aparmaq istəyirik. Bəli, ölümdən sonra həyatı, real dünyamızda səyahətə hazır olun. Türkiyənin Mersin şəhərində yerləşən Narlı kuyu qəsəbəsində "Cənnət" və "Cəhənnəm" adlı dərələr var ki, onlar tarixi memarlıq abidəsi kimi qorunurlar. Cəhhənəmə giriş mümkünsüz olsa da, turistlərin 450 metr dərinlikdə olan cənnətə enmək kimi çox gözəl şansları var. Əfsanəyə görə, vaxtilə sözügedən məmləkətdə əzazil bir şah yaşayırmış. İnsanlar yaxşı əməllər edəndə onun izni ilə cənnətə, pis iş gördükləri halda isə cəhənnəmə atılırlarmış. Tarixin minilliklərini özündə daşıyan məkanı ziyarət edib, heyrətlənmək aruzusunda olan insanlar hər il Narlı kuyuya gəlirlər. Azərbaycandan ora gələn turistlər azlıq təşkil etsələr də, əminik ki, bu fotosessiyadan sonra dünyada analoqu olmayan bu məkanları, xüsusilə cənnət mağarasını gözlə görmək arzusunu reallaşdırmağa çalışacaqlar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti