...

Əfsanəvi "Bakılı oğlanlar" komandasındakı yeganə qız "mürəbbiyə" olacaq

Mədəniyyət Materials 19 Avqust 2011 13:48 (UTC +04:00)
Avqustun 22-də Bakıda məşhur "Qorxma, mən səninləyəm" filminin davamının çəkilişlərinə başlanacaq. Bu barədə Trend -ə filmin kastinq direktoru Yana Nikitina məlumat verib.
Əfsanəvi "Bakılı oğlanlar" komandasındakı yeganə qız "mürəbbiyə" olacaq

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir A.Məmmədova/

Avqustun 22-də Bakıda məşhur "Qorxma, mən səninləyəm" filminin davamının çəkilişlərinə başlanacaq. Bu barədə Trend -ə filmin kastinq direktoru Yana Nikitina məlumat verib.

"Çəkiliş prosesi avqustun 22-də Bakıda başlayacaq, avqustun 25-də İlisuda, sentyabrın 19-da isə yenidən Bakıda davam etdiriləcək", - Yana Nikitina məlumat verib.

ХХ əsrin çempionları olan "Bakılı oğlanlar" ŞHK-da yeganə qız olan Yana Nikitina onu da bildirib ki, "Qorxma, mən səninləyəm" filmində o, mürəbbiyə rolunu oynayacaq.

Ssenari müəllifi və quruluşçu rejissor Yuli Qusman, baş prodüsser Timur Vaynşteyndir.

Filmdə həmçinin "Bakılı oğlanlar" ŞHK-nın ulduzu Bəhram Bağırzadə də oynayır. Təəssüf ki, birinci filmdə çəkilən məşhur aktyorlar - xalq artistləri Həsən Turabov, Mirzə Babayaev, Nəsibə Zeynalova artıq həyatda yoxdurlar.

"Q orxma, mən səninləyəm " Yuli Qusmanın 1982-ci ildə çəkdiyi macəra musiqili komediyadır. Birinci filmin süjeti: XX əsrin əvvəlləri. Rusiya imperiyası, Azərbaycan. Sirk artistləri Rüstəm və San Sanıç şəxsi işlə bağlı Azərbaycana gəlirlər, lakin iş elə gətirir ki, onlar çılğın gənc Teymurun problemini yoluna qoymalı olurlar. Öğlan gözəl Tellisiz yaşaya bilmir, lakin kasıb, yetim olduğundan Tellinin valideynlərinin xeyir-duası ilə onun əri olmaq üçün heç bir şans yoxdur. Dostlar sevgililərə qaçmaqda kömək edirlər, lakin bununla da qızın qohumlarının qəzəbinə düçar olurlar. Onlarla qarşıdurmadan qaçmaq mümkün olmur.

Xəbər lenti

Xəbər lenti