...

Ürəyindən əməliyyat olunan Nadir Qafarzadə səhnəyə çıxdı (FOTO)

Mədəniyyət Materials 1 Sentyabr 2011 19:00 (UTC +04:00)
Avqustun 21-də Moskvada 1 saylı Mərkəzi Klinik Xəstəxanada ürəyindən cərrahiyyə əməliyyatı keçirən populyar estrada müğənnisi Nadir Qafarzadə əlinə mikrofon götürüb səhnəyə çıxdı.
Ürəyindən əməliyyat olunan Nadir Qafarzadə səhnəyə çıxdı (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Avqustun 21-də Moskvada 1 saylı Mərkəzi Klinik Xəstəxanada ürəyindən cərrahiyyə əməliyyatı keçirən populyar estrada müğənnisi Nadir Qafarzadə əlinə mikrofon götürüb səhnəyə çıxdı. Səhhətindəki nazaslıqları geridə qoyan müğənni, televiziya konserti üçün var gücünü toplayıb məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə müvəffəq oldu. Nadirin son yaradcılıq işləri haqqında Trend-ə məlumat verən şəxs müğənninin mətbuat katibi Kazım Bağırov oldu.

"Çəkiliş vaxtı gecədən başlayıb səhər saatlarına qədər davam etsə də, Nadir müəllim bundan əsla yorulmadı. Onun təbirincə desək, səhnəyə çıxmaq bütün problemlərdən qurtulmağın yeganə yoludur. Bəli, konsert çox yüksək səviyyədə lentə alındı. Ümumilikdə repertuarına daxil olan 23 fərqli janrdakı mahnılarına ekran həyatı verildi. Xoreoqrafiyaçı Nailə Məmmədzadənin rəhbəri olduğu rəqs qrupunun solistləri əksər mahnılardaNadir Qafarzadə ilə eyni səhnəni bölüşdülər. Modelyer Gülnarə Xəlilova məxsusi olaraq bu konsert üçün 7 kostyum hazırlamışdı. Bir sözlə, Ramazan bayramından sonra müğənninin pərəstişkarları, eləcə də televiziya tamaşaçıları əsl müsiqi bayramına qonaq olacaqlar", - Kazım Bağırov dedi.

Mətbuat katibi onu da vurğuladı ki, konsert proqramı 4 sentyabr tarixində, saat 21:00-da ATV telekanalında nümayiş olunacaq. Trend olaraq, konsert vaxtı çəkilən ən maraqlı fotoları sizə təqdim edirik.

Xəbər lenti

Xəbər lenti