...

Yaşar Nurinin səhhətində müsbət irəliləyiş var

Mədəniyyət Materials 19 Sentyabr 2011 16:06 (UTC +04:00)
Bir neçə gün bundan əvvəl səhhəti pisləşən Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, "Ş öhrət" ordenli Yaşar Nuri özünü yaxşı hiss etməyə başlayıb. Bu barədə Trend- aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib.
Yaşar Nurinin səhhətində müsbət irəliləyiş var

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Bir neçə gün bundan əvvəl səhhəti pisləşən Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, "Ş öhrət" ordenli Yaşar Nuri özünü yaxşı hiss etməyə başlayıb. Bu barədə Trend- aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib.

"Həkimlərin səyi nəticəsində təhlükə aradan qaldırıldı. Səhhətində müsbət irəliləyiş var. Təsir edən başqa səbəb var. Bəzi media orqanlarında heç bir yerə müsahibə vermədiyim halda dilimdən açıqlamalar yayılır. Bu cinayətdir axı. Yalan informasiya yaymaq olmaz. Yaxın saatlarda Yaşarın səhhəti ilə bağlı daha dəqiq məlumat verəcəyəm", - Rəhimə xanım dedi.

Qeyd edək ki, artıq 5 gündür ki, xalq artisti Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar Nurinin vəziyyətinin pisləşməsinə səbəb kimi həkimlərin qoyduğu tələblərə riayət etməməsi göstərilsə də, həyat yoldaşı bu barədə açıqlama vermək istəmədi.

2008-ci ilin may ayında Yaşar Nuri İstanbulun Memorial Klinikasında qara ciyər nahiyəsindən cərrahiyyə əməliyyatı keçirmişdi.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakı şəhərində, məşhur azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən o, Azərbaycan Dövlət Dram Teatrının aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi televiziya tamaşalarında oynayıb.

Yaşar Nuri 1989-cu ildən Azərbaycanın xalq artistidir.

Xəbər lenti

Xəbər lenti