...

Bezdim və çıxdım - müğənni Elnur Məmmədov

Mədəniyyət Materials 30 Sentyabr 2011 19:04 (UTC +04:00)
Populyar estrada müğənnisi Elnur Məmmədovun "Facebook" sosial şəbəkəsində illərdən bəri dostluq etdiyi yuzerlərə bəd xəbərimiz var.
Bezdim və çıxdım - müğənni Elnur Məmmədov

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Elnur Məmmədovun "Facebook" sosial şəbəkəsində illərdən bəri dostluq etdiyi yuzerlərə bəd xəbərimiz var. Xəbəriniz olsun ki, müğənni artıq bir neçə gündür həm şəxsi profillərinin, həm də fanat səhifələrinin giriş kodlarını etibarlı fanatlarına söyləyərək, virtual dünyanı tərk edib. Elnur daha ətraflı Trend-ə bunları söylədi.

"Bezdim və çıxdım. Qoy heç kim məndən inciməsin. Virtuallıq mənə görə deyil. O qədər görüləsi işlərim var ki, günümün bir neçə saatını kompüter qarşısında, sosial şəbəkədə keçirmək sadəcə vaxt itkisi idi. Bu səbəbdən mənə aid olan səhifələri silmədim, sadəcə giriş kodlarını etibar etdiyim fanatlarımdan bir-ikisinə söylədim. İndi onlar həmin səhifələrə nəzarət edirlər", - Elnur belə dedi.

Söhbət əsnasında müğənni nə vaxtsa fikrindən daşınıb, yenidən yuzer ola biləcəyini söyləsə də, bu qərarının yaxın aylarda gerçəkləşməyəcəyindən əminliklə danışdı.

Xəbər lenti

Xəbər lenti