...

Teleaparıcılar Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi (FOTOSESSİYA)

Mədəniyyət Materials 17 Noyabr 2011 13:41 (UTC +04:00)
Bugün ATV telekanalının iki populyar aparıcı, "Onun yarısı" evlilik şousunun əsas simaları Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi olacaq.
Teleaparıcılar Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi (FOTOSESSİYA)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Bugün ATV telekanalının iki populyar aparıcı, "Onun yarısı" evlilik şousunun əsas simaları Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi olacaq. Trend-ə etibarlı mənbədən daxil olan məlumata görə, cütlük efirdə bir-birlərinə olan sevgilərini real həyatda da sübut etməkdən ötrü bu addımı atıblar.

Nişan mərasimi paytaxt restoranlarının birində baş tutacaq. Nə qədər qəribə görünsə də, həm Zaur, həm də Günay bu xoş xəbəri əksər iş yoldaşlarından gizli saxlayırlar. ATV-də çalışan həmkarlarımızın bəziləri Trend-ə nişan barədə məlumatsız olduqlarını söylədilər.

Zaur mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqə yaratmaq cəhdimiz boşa çıxdı. İstənilən halda sevgilərini birləşdirəcək cütlüyə xoşbəxtlik arzulayırıq.

Xəbər lenti

Xəbər lenti