...

Müğənni Aslan türkdilli ölkələrin himni layihəsini reallaşdırmağa başlayıb

Mədəniyyət Materials 7 Dekabr 2011 15:22 (UTC +04:00)
Azərbaycanlı müğənni Aslan Hüseynov türkdilli ölkələrə həsr olunmuş gözəl layihənin reallaşdırılmasına başlamaq üçün Orta Asiya ölkələrinə yola düşüb.
Müğənni Aslan türkdilli ölkələrin himni layihəsini reallaşdırmağa başlayıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir V.İmanov/

Azərbaycanlı müğənni Aslan Hüseynov türkdilli ölkələrə həsr olunmuş gözəl layihənin reallaşdırılmasına başlamaq üçün Orta Asiya ölkələrinə yola düşüb.

"Türkdilli ölkələrin himni layihəsini reallaşdırmaq istəyirəm. Ona görə də bu ideyanın həyata keçirilməsi üçün musiqiçilər tapmaq məqsədilə Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstana yola düşürəm. Kompozisiya bir neçə türkdilli ölkənin dilində - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Altay, Başqırdıstan, Qaqauz, Hakasiya, Yakutiya, Tatarıstan, Tıva - türkdilli olan və TÜRKSOY-a daxil olan ölkələr - səsləndiriləcək və orada milli alətlər - Azərbaycanın tar və kamançası, qırğız temir-komuzu, qazax domburu, türkmən sitarı, özbək dütarı və s. iştirak edəcək. Mənə klip çəkdirmək və onu türkdilli ölkələrdə nümayiş etdirmək üçün bu böyük layihənin həyata keçirilməsi üçün dəstək lazımdır", - Aslan Hüseynov Trend-ə bildirib.

Aslan təkcə Azərbaycanla deyil, həm də Qazaxıstan və Qırğızıstanla da sıx bağlıdır. O, 1937-ci ildə Qazaxıstana sürgün edilmiş azərbaycanlının ailəsində doğulub.

Populyar ifacı kimi Aslan Hüseynov Qazaxıstanda, eləcə də Orta Asiyada çox məşhurdur.

"Biz əslən Ermənistan tərəfindən işğal olunmuş Zəngilan rayonunun Nüvədi kəndindənik. Stalin repressiyası illərində bizim ailəmizi Qazaxıstanın Çimkənd vilayətinə sürgün ediblər, daha sonra biz Cambul vilayətinin Çuysk rayonuna, "Yeni yol" sovxozuna köçmüşük. Mən orada dünyaya gəlmişəm. 25 yaşım tamam olanda mən Qırğızıstana yaradıcılıq səfərinə yollandım və orada qalaraq yaşadım və işlədim, on ildən sonra isə Azərbaycana köçdüm. Burada on il ərzində mən daha çox populyarlıq qazandım", - Aslan əlavə edib.

Xəbər lenti

Xəbər lenti