...

Qacar şahzadələrinin yeni əsərləri aşkarlanıb

Mədəniyyət Materials 13 Fevral 2012 15:07 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Qacar şahzadəsi Fərhad Mirzənin (1818-1877) "Səfərnamə" əsərini əldə edib.
Qacar şahzadələrinin yeni əsərləri aşkarlanıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Qacar şahzadəsi Fərhad Mirzənin (1818-1877) "Səfərnamə" əsərini əldə edib.

Trend-in bazar ertəsi AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əsərdə Fərhad Mirzə həcc səfərinə gedərkən keçdiyi şəhərlər (Bakı, Şamaxı, Göyçay, Gəncə, Tiflis), görkəmli ədiblərimizlə (Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi) söhbətləri barədə maraqlı məlumatlar öz əksini tapıb.

M.F.Axundzadəni fəzilətli bir şəxsiyyət kimi dəyərləndirən Fərhad Mirzə əsərində onun yeni əlifba layihəsindən nümunələr də verib.

AMEA Əlyazmalar İnstitutu bu il M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar bu əsəri fars dilindən tərcümə edərək çap etdirməyi nəzərdə tutub.

Bundan başqa, institut Tehranın Parlament Kitabxanasından Qacar şahzadəsi Nadir Mirzə Qacarın kulinariyaya dair "Nəvadir əl-əmsal" əsərinin əlyazmasının surətini də əldə edib. Əsərdə Azərbaycanın bir sıra unudulmuş qədim xörəklərinin resepti verilib.

İnstitut Respublika Kulinariya Mərkəzi ilə birlikdə bu əsəri də tərcümə etdirərək çap etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti