...

ABŞ-da gənc azərbaycanlı bəstəkarın fortepiano üçün əsəri tamaşaçılara təqdim edilib

Mədəniyyət Materials 14 Fevral 2012 17:17 (UTC +04:00)
ABŞ-ın Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış "Espacio blanco para toda la nieve" və ya "Bütün yağan qar üçün ağ boşluqlar" əsəri fevralın 12-də tamaşaçılara təqdim edilib.
ABŞ-da gənc azərbaycanlı bəstəkarın fortepiano üçün əsəri tamaşaçılara təqdim edilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

ABŞ-ın Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış "Espacio blanco para toda la nieve" və ya "Bütün yağan qar üçün ağ boşluqlar" əsəri fevralın 12-də tamaşaçılara təqdim edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə, eyni zamanda, ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, habelə, məzunların yeni əsərlərindən ibarət konsert proqramları auditoriyaya təqdim olunub.

Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Hazırda gənc bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən Sinsinatti Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsilini davam etdirir.

Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya və Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti