...

Serbiyanın "Eurovision 2012" mahnısı martın 10-da təqdim olunacaq

Mədəniyyət Materials 24 Fevral 2012 12:56 (UTC +04:00)
Serbiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) müsabiqədə ifa edəcəyi mahnı martın 10-da açıqlanacaq.
Serbiyanın "Eurovision 2012" mahnısı martın 10-da təqdim olunacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Serbiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) müsabiqədə ifa edəcəyi mahnı martın 10-da açıqlanacaq.

Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Serbiyanın müsabiqə üzrə yayımçı televiziyası RTS-in məlumatına əsasən, həmin gün ölkənin müsabiqə mahnısının təqdimat mərasimi keçiriləcək.

Həm Zeljko, həm də RTS komandası mahnının uğurlu olacagına ümid edirlər. Mahnının janrı və sözləri isə hələ açıqlanmır.

Qeyd edək ki, Serbiya təmsilçisi "Bakı Kristal Zalı"nda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti