...

"Jedward" yenidən Eurovision təmsilçisi seçildi

Mədəniyyət Materials 25 Fevral 2012 15:01 (UTC +04:00)
İrlandiyanın "Eurovision 2012" mahnı müsabiqəsində təmsilçisi seçilib.
"Jedward" yenidən Eurovision təmsilçisi seçildi

Azərbaycan, Bakı, 25 fevral /Trend/

İrlandiyanın "Eurovision 2012" mahnı müsabiqəsində təmsilçisi seçilib.

Trend-in şənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, İrlandiya adından "Eurovision" səhnəsində bu il də "Jedward" qrupu çıxış edəcək.

Ötən gün İrlandiyanın "Eurovision 2012" təmsilçisinin seçilməsi üçün "EuroSong 2012" adı altında milli final keçirilib. Milli seçimlərdə təmsilçilik uğrunda 5 namizəd mübarizə aparıb. Bu əkiz qardaşlardan ibarət qrup həm tamaşaçıların, həm də münsiflərin səsverməsi nəticəsində 114 səslə qalib olub.

"Jedward" qardaşları Bakı səhnəsində "Waterline" mahnısı ilə çıxış edəcəklər.

Qeyd edək ki, "Jedward" qrupu ötən il Düsseldorf səhnəsində İrlandiyanı "Lipstick" mahnısıyla təmsil edərək 43 ölkə arasında 8-ci yeri tutmuşdu.

İrlandiya bu il "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti