...

"Əli Bəy Hüseynzadə Turan" adlı kitab təqdim olunub (FOTO)

Mədəniyyət Materials 16 Mart 2012 10:28 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyində millət vəkili Qənirə Paşayeva və türkoloq-alim Azər Turanın həmmüəllifli olduğu və "Türk Ocaqları" İstanbul şöbəsinin nəfis şəkildə nəşr etdirdiyi "Əli Bəy Hüseynzadə Turan" (Türkiyə türkcəsində) kitabının təqdimat mərasimi olub.
"Əli Bəy Hüseynzadə Turan" adlı kitab təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Yazıçılar Birliyində millət vəkili Qənirə Paşayeva və türkoloq-alim Azər Turanın həmmüəllifli olduğu və "Türk Ocaqları" İstanbul şöbəsinin nəfis şəkildə nəşr etdirdiyi "Əli Bəy Hüseynzadə Turan" (Türkiyə türkcəsində) kitabının təqdimat mərasimi olub.

Mərasimi açıq elan edən Birliyin katibi Arif Əmrahoğlu, "Türk Ocaqları"nın 100 illik əlamətdar yubileyi münasibəti ilə nəşr edilən kitab, kitabın məziyyətləri haqqında məlumat verib. Sonra xalq yazıçısı Anar çıxış edərək, "Türk Ocaqları"nın 100 illik yubiley mərasimi iştirakçıları ilə görüşdən çox məmnun olduğunu, habelə "Əli Bəy Hüseynzadə" kitabının AYB-də təqdim edilməsini çox anlamlı bulduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək, "Türk Ocaqları"nın 100 illik əlamətdar yubileyi münasibəti ilə İstanbulda nəşr olunan kitabın, məhz yubileylə bağlı Bakıya təşrif buyurmuş Ocaqlıların iştirakı ilə Yazıçılar Birliyində təqdim olunmasından çox məmnun olduğunu deyib. O, Əli Bəyin qızı Feyzavər xanımla tanışlığı, onunla görüşü barədə danışaraq, təqdim olunan kitabın məhz həmin görüşdə aparılan söhbətlər, Fezavər xanımın verdiyi bilgilər əsasında təşəkkül tapdığını vurğulayıb. O, kitabın Azərbaycan dilində çıxmış birinci nəşri kimi Türkiyə türkcəsində olan nəşrinin də geniş ilgi görəcəyinə inandığını bildirib.

Digər həmmüəllif - Azər Turan, "Türk Ocaqları"nın İstanbul şöbəsinin başqanı, doktor Cezmi Bayram və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edərək, öz fikirlərini paylaşıblar.

Sonda Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi "Üstün Xidmət Nişanı" Anar müəllim tərəfindən Cezmi Bayrama təqdim edilib. Bu təltif Cezmi Bayrama, "Türk Ocaqları"nın İstanbul şöbəsinə uzun müddət səmərəli başçılıq etdiyi, Türk Dünyası, özəlliklə, Azərbaycan naminə fədakar çalışmalarına görə verilib.

Xəbər lenti

Xəbər lenti