...

"Eurovision-2012" şousunda yenilik

Mədəniyyət Materials 18 Mart 2012 19:31 (UTC +04:00)
Martın 17-i və 18-də Bakıda Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun növbəti iclası olub.
"Eurovision-2012" şousunda yenilik

Azərbaycan, Bakı, 18 mart /Trend/

Martın 17-i və 18-də Bakıda Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun növbəti iclası olub.

"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupundan bazar günü Trend-ə verilən məlumata görə, İclasda Eurovision 2012-yə hazırlıq məsələləri müzakirə edilib. O cümlədən, müsabiqənin prodakşn məsələlərinə dair yeni məlumatlar verilib, "Bakı Kristal Zalı"nda Eurovision 2012 səhnəsinin tərtibatı ilə bağlı müzakirələr olub.

Aparılan işlərlə bağlı açıqlama verən Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanın may ayında möhtəşəm bir şou hazırladığını bildirib."Təkcə arena yox, həm də şounun konsepsiyası yeni olacaq. Ümid edirik ki, Azərbaycan möhtəşəm bir şou təşkil edəcək. Düsseldorf şousundan təsirlənmiş auditoriya Bakı şousuna daha da valeh olacaq. Tamaşaçıları çox gözəl sürprizlər gözləyir"-deyə Frank-Dieter Freiling bildirib.

Eurovision Mahnı Müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) Məşvərət Qrupunun Bakıdakı son iclasının səmərəli keçdiyini bildirib. "May ayına çox az vaxt qalır. Bu qısa zamanda bir çox detallar həllini tapmalıdır. Bu detalların hər biri Eurovision Mahnı Müsabiqəsini standartlara uyğun və lazımi keyfiyyətdə keçirmək üçün əhəmiyyətli rol oynayır".

Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti