...

Arslan Növrəsli tarla müasir ritmləri əlaqələndirən layihə təqdim edəcək (FOTO)

Mədəniyyət Materials 28 Mart 2012 13:54 (UTC +04:00)
"Buta" İncəsənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə martın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində "Tar Arslan Növrəsli ilə" adlı layihəni təqdim edəcək.
Arslan Növrəsli tarla müasir ritmləri əlaqələndirən layihə təqdim edəcək (FOTO)

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir M.Əliyev/

"Buta" İncəsənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə martın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində "Tar Arslan Növrəsli ilə" adlı layihəni təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə "Buta" İncəsənət Mərkəzindən çərşənbə günü bildiriblər.

Təqdimat mərasimində tar haqqında söhbət gedəcək, amma bu dəfə tarın yalnız nadir milli musiqi alətlərindən biri olması barədə deyil, çox cəsarətli bir eksperiment haqda söhbət olacaq. Bu eksperimentdə məqsəd tar ilə dəbdə olan musiqi cərəyanlarını, keçmişin nəfəsi ilə müasir ritmləri əlaqələndirməkdir. Təsadüfi deyil ki, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyli tarı "ən qiymətli və əhəmiyyətli musiqi aləti" adlandırırdı. Bu sözlər tarın praktik olaraq tükənməz potensiala malik olduğunu söyləməyə əsas verir.

"Tar Arslan Növrəsli ilə" adlı layihədə bu milli musiqi alətində ifa edilən dünya şöhrətli əsərlər Bakı sakinlərinin və Azərbaycan paytaxtının qonaqlarının mühakiməsinə təqdim ediləcək. Həmin əsərlərin çoxu, məsələn Nino Rotun əsərləri mövzusunda Süita, Deyv Brubekin "Blyu rondo a-lya türk" kompozisiyası və başqaları tarixdə ilk dəfə tarda ifa ediləcəkdir.

Bu axşam Dövlət Filarmoniyasının səhnəsində çoxsaylı müsabiqələrin laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli (tar), Qara Qarayev adına Azərbaycan Kamera Orkestri, Azərbaycan Respublikasının Xalq Artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Bülbül adına ixtisaslaşdırılmış musiqi məktəbinin direktoru Teymur Göyçayev çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti