...

Müğənni Faiq Ağayevdən maraqlı təklif

Mədəniyyət Materials 18 Aprel 2012 16:39 (UTC +04:00)
Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Faiq Ağayev oxuduğu 600 kitabı hədiyyə etmək istəyir.
Müğənni Faiq Ağayevdən maraqlı təklif

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir V.İmanov/

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Faiq Ağayev oxuduğu 600 kitabı hədiyyə etmək istəyir.

"Mənim nəhəng sayda kitablarım var və yeri gəlmişkən, mən rus dilində oxuduğum 600-ə yaxın kitabımı kiməsə hədiyyə etmək istəyirəm. Əgər kömək etsəniz, son dərəcə minnətdar olaram", - bunu Trend-ə müsahibəsində Faiq Ağayev bildirib.

Müğənni deyib ki, bugünkü gənclərin kitablara marağı azalıb.

"Mən tez-tez psixoloji baxımdan anlaya bilmirəm ki, əlində kitab tutmadan əsəri internetdən necə oxumaq olar? Və ümumiyyətlə, kitabın təkcə təqdimatda məşhur yazıçının ona avtoqraf yazması üçün əldə edilməsi qəribə görünür", - Faiq Ağayev deyib.

Xalq artistinin sözlərinə görə, o, elektron kitabların tərəfdarı deyil.

"Lakin, qoy heç olmasa çap nəşrini hansısa dərəcədə sıxışdıran internetdə oxusunlar", - Faiq Ağayev deyib.

O, detektiv, fantastika, tarixi janrları sevdiyini bildirib.

"Ən çox sevdiyim yazıçı Çingiz Abdullayevdir. Tatyana Ustinovanı və Oksana Robskini məmnuniyyətlə oxuyuram. Həddən artıq çox oxuyuram", - xalq artisti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti