Azərbaycan, Bakı, 29 aprel /Trend /
Aprelin 29-da Eurovision Mahnı Müsabiqəsi 2012-nin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə gerçəkləşdirilən layihənin hazırlıqlarına başlanılıb.
Trend-in Eurovision.az saytına istinadən verdiyi məlumata görə, hazırda Dənizkənarı Milli Parkda açıq səma altında səhnə quraşdırılır.
Konsertdə populyar müğənni Emin Ağalarov hit mahnıları ilə bütün Eurovision fanlarına dəstək olacaq. Həmçinin Eurovision ulduzları-Gürcüstanın Eurovision 2012 təmsilçisi Anri Joxadze, ölkənin Eurovision 2008-ci ildəki iştirakçısı Diana Qurtskaya, Ukraynalı müğənni Ani Lorak çıxış edəcək.
Tədbirə Azərbaycanın Eurovision 2010 təmsilçisi Safura Əlizadə, Eurovision 2011-in qalibləri Eldar və Nigar, eləcə də digər tanınmış müğənnilər də qoşulacaq. Beləliklə, bu gün həm paytaxt sakinləri, həm də qonaqları möhtəşəm şou, xoş əhval-ruhiyyəli konsert gözləyir.
Dənizkənarı Milli Parkda möhtəşəm konsertə hazırlıqlar gedir (VIDEO)
Aprelin 29-da Eurovision Mahnı Müsabiqəsi 2012-nin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə gerçəkləşdirilən layihənin hazırlıqlarına başlanılıb.
