Azərbaycan, Bakı, 1 may / Trend, müxbir V.İmanov/
Aralarında müğənnilərin, aktyorların, teleaparıcı və rəqqasələrin olduqları Azərbaycanın xalq artistləri "Eurovision"ın rəsmi Fan Klubunun aprelin 3-dən start götürən "Maşınsız bir gün" aksiyasını dəstəkləyiblər.
Trend-in məlumatına görə, aksiyaya qoşulanlar arasında Rauf Babayev, Natəvan Şeyxova, Aleksandr Şarovski, Faiq Ağayev, Təranə Muradova, Ağaxan Salmanlı, Afaq Bəşirqızı, Şərqiyyə Hüseynova, Məbud Məhərrəmov, Aygün Kazımova da var.
Bundan əvvəl "Maşınsız bir gün" aksiyasına Dilarə Əliyeva, Lətafət Ələkbərova, Tünzalə Əliyeva, Nura Suri, Ülviyyə Əliyeva, Lamiyə Ələkbərova, Cavid Gül, Zaur Nəbioğlu, Ramin Teoram, Mirsalam Mirsalamov, Saleh Bağırov, Kamran Quliyev, Orxan və Fərid Rzayevlər kimi məşhur aparıcılar, müğənnilər Lalə Məmmədova və Tünzalə Ağayeva, Ayan Babkişiyeva, Nadir Qafarzadə, Xəyyam Mustafazadə, Sevda Yəhyayeva və "Tin uşaqları" qrupunun solistləri Sədrəddin Cəfərov və Oleq Naumov qoşulublar.
Aksiyanın əsas məqsədi Bakıda avtomobil tıxacları ilə bağlıdır və onun ideyası heç olmasa bir gün avtomobillərdən imtina etməkdən ibarətdir. Aksiya çərçivəsində avtomobil sahiblərinə çərşənbə axşamı günləri şəxsi nəqliyyatdan istifadə etməmək və ya ondan istifadəni minimuma yaxınlaşdırmaq üçün müraciət olunur. Aksiyanı Bakıda başlanacaq "Eurovision-2012" müsabiqəsinə qədər keçirmək planlaşdırılır.