...

Tamilla Qurbanovanın kukla ölkəsinin sirri və taleyi: "Rəssam öz işlərindən ayrılmalıdır" (FOTOSESSİYA)

Mədəniyyət Materials 4 May 2012 16:16 (UTC +04:00)
Bakıda Müasir İncəsənət Mərkəzində Azərbaycanın kukla ustası, rəssam Tamilla Qurbanovanın fərdi sərgisinin açılışı keçirilib. Trend Tamilla xanımla müsahibəni təqdim edir.
Tamilla Qurbanovanın kukla ölkəsinin sirri və taleyi: "Rəssam öz işlərindən ayrılmalıdır" (FOTOSESSİYA)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir C.Babayeva/

Bakıda Müasir İncəsənət Mərkəzində Azərbaycanın kukla ustası, rəssam Tamilla Qurbanovanın fərdi sərgisinin açılışı keçirilib. Trend Tamilla xanımla müsahibəni təqdim edir.

- Tamilla xanım, sərgi "Kukla ölkəsinin sirləri" adlanır. Sizin kuklalarınız hansı sirləri saxlayır?

- Hər bir kuklanın öz sirri və öz taleyi var. Ekspozisiyada tamamilə müxtəlif üslublarda bir çox işlər təqdim olunub. Memarlıq tekstili texnologiyasında kuklalar var. Burada Şərq mövzusunda folklor kuklalar təqdim olunub. Bunlar "Xəbərçilər", "Sultan və onun iki vəziri", məşhur "O olmasın, bu olsun" filmindən "Məşədi İbad və xala" kuklalarıdır. Bu kuklalar parçadan hazırlanıb, orada heç bir rəng və ya yapmadan istifadə edilməyib. Bakıda bunu yalnız mən edirəm.

Yerdə qalan kuklalar öz-özünə donub qalan plastik kütlədən hazırlanıb. Bu, tamamilə başqa istiqamətdir, bu, yapmadır. Bunun heykəltəraş işi olduğunu söyləmək olar. Kukla ustası olmaqdan ötrü müxtəlif sahələrdə çox böyük ustalığa malik olmaq, tikməyi bacarmaq, karkaslar etmək və bir çox başqa işləri bacarmaq lazımdır. Öz işimdə mən hər şeyi özüm edirəm, təkcə çəki və zərgərlik məmulatını sifariş edirəm. Çünki hesab edirəm ki, hər kəs öz işinin ustası olmalıdır. Kuklalar hazırlanarkən işlərin 80 faizini özüm yerinə yetirirəm, qalan detallarla başqa ustalar məşğul olurlar.

- Öz işləriniz üçün mövzunu necə seçirsiniz?

- Mən fəlsəfi mövzular seçməyə çalışıram, dramatik işlər yaratmağı sevirəm. Məsələn, məndə "Yayın duyulması" adlı iş var. Qız küləş qoltuqda oturub, onun üçün hər şey irəlidədir, o, qabaqcadan hiss edir ki, onun yayı necə olacaq. Mən bu vəziyyəti ötürməyə çalışmışam. Başqa iş "Valehedici şərq" adlanır, orada bütün Şərqin obrazı əks olunub. Tamamilə tematik kompozisiyalar var. Gülməli mövzuların olduğunu da demək olar. Məsələn, "Domovenok" kuklası və mənim sevimli işim olan "Buludlarda arzular". O, bulud kimi yüngüldür. Öz əsərlərimin hamısını sevirəm, maksimum ustalığa nail olmağa çalışıram və detallar üzərində çox işləyirəm.

- Tamilla xanım, sərgilənən işlər satışa çıxarılıb. Öz "uşaqlarınız"dan ayrılmağa heyfiniz gəlmir?

- Heyifdir, lakin həmişə onları yaxşı əllərə vermək istəyirsən. Belə bir qanun var ki, rəssam öz işlərindən ayrılmalıdır, o, başqa cür irəli gedə bilməz. O öz "uşaqlarını" verməli və yenilərini böyütməlidir, daim irəli getmək və yeni formalar axtarmaq lazımdır.

- Bildiyimə görə, sizdə məşhur şəxsiyyətlərə həsr olunmuş kuklalar var.

- Bəli. Mənim işlədiyim daha bir mürəkkəb janr var. Bu, portret kukladır. Mən dəfələrlə portret kuklaları işləmişəm, artıq yeddi kuklam var. Onların arasında Nəsibə Zeynalova, Mişel Dane və başqqa məşhurların kuklaları var.

- Sifarişçilər sizin işinizə mane olurlarmı?

- Həm də necə! Və bəzən bu, işləməyə mane olur. Onlar bəzən öz iradələrini diqtə edirlər. Məsələn, söhbət müəyyən uzunluğa malik milli kostyumdan gedir, amma sifarişçi uzunluğu dəyişməyi tələb edir. Lakin biz razılaşmağa çalışırıq və son nəticəni hamı bəyənir, portret oxşarlığı 99 faiz uğur qazanmağa kömək edir.

- Hazırda nə üzərində işləyirsiniz?

- Mən sərgidə təqdim olunan "Yayın duyulması" kuklası üzərində işi yenicə başa vurmuşam. Bir az yorulmuşam, indi dincələcəyəm. Bu ekspozisiyanın hazırlanmasına mənim iki il yarım vaxtım gedib.

Xəbər lenti

Xəbər lenti