...

Norveç təmsilçisi tamaşaçılara "Eurovision"dakı rəqsini öyrədir

Mədəniyyət Materials 8 May 2012 19:47 (UTC +04:00)
Norveçin 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Tooji Bakıda çıxışı zamanı hamını onunla birgə rəqs etməyə çağırıb.
Norveç təmsilçisi tamaşaçılara "Eurovision"dakı rəqsini öyrədir

Azərbaycan, Bakı, 8 may /Trend/

Norveçin 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Tooji Bakıda çıxışı zamanı hamını onunla birgə rəqs etməyə çağırıb. Bunun üçün o, pərəstişkarlarını "Stay" mahnısının şousundakı rəqslə tanış edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Tooji rəqqasları ilə birgə rəqsin quruluşu, əsas hissələri ilə bağlı video dərs hazırlayıb və "gəlin, hamımız Bakıda birgə rəqs edək" deyərək ismarıc göndərib.

Norveç təmsilçisi haqqında daha bir yenilik açıqlanıb. O, qəza qurbanı olmuş uşaqlar və gənclər, eləcə də emiqrantlarla çalışdığını bildirib.

"Doğrudur bu, çətin işdir, lakin mənə çox həzz verir. Cəmiyyətdə dəyişikliklər etməyə çalışıram. Həmin uşaqlarla işləyərkən görürəm ki, bir çox məsələlərin həllində səsə ehtiyac var və buna görə öz səsimi verməyə çalışıram. Bu, mənim insanlara yaxınlaşmağım üçün bir şansdır", - o deyib.

Tooji Bakıda ifa edəcəyi "Stay" mahnısında Şərq ritmi ilə Qərb estrada musiqisinin sintez olunduğunu deyib. "Eurovision şousuna vaxtın azalması məni həyəcanlandırır. İlk dəfədir səhnəyə və böyük kütlənin qarşısına çıxıram. Məqsədim milyonlarla insanın məni tanıması və Norveçə nömrə bir olaraq qayıtmaqdır. Kim bilir, bəlkə də qalib mən oldum...", - Tooji bildirib.

Xəbər lenti

Xəbər lenti