...

“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Mədəniyyət Materials 16 May 2012 13:08 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri “Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.
“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 16 may / Trend müxbir İ.İsabalayeva/

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri "Univision" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 21 universitetin qatıldığı yarışmada hər bir iştirakçının çıxışından öncə onun haqqında 40 saniyəlik çarx yayımlanıb.

"Univision" mahnı müsabiqəsinin Azərbaycanda ilk dəfə olaraq keçirlidiyini nəzərə alan münsiflər heyəti finala on deyil, on üç universitetin keçməsinə qərar verdi. Finala Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Kooperasiya Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Bizness Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Dillər Universiteti vəsiqə qazanıb.

Qalibləri müəyyən edən final 17 may tarixində baş tutacaq. 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

Xəbər lenti

Xəbər lenti