...

Dünyanı lərzə salan səs: Özümə şeytanın əməllərindən uzaq olmağı arzulayıram (ƏLAVƏ OLUNUB) (FOTO)

Mədəniyyət Materials 14 Avqust 2012 11:50 (UTC +04:00)
Trend-in məlumatına görə, Alim Qasımov 1957-ci ildə anadan olub. Valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi
Dünyanı lərzə salan səs: Özümə şeytanın əməllərindən uzaq olmağı arzulayıram (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Bu gün muğam ustadı, xalq artisti Alim Qasımovun 55 yaşı tamam olur.

Azərbaycanın xalq artisti Alim Qasımov isə Trend-ə müsahibəsində ad günündə özünə səbirli olmağı, şeytanın əməllərindən uzaq olmağı arzuladığını deyib.

55 yaşını qeyd edən xanəndə builki ad gününü təntənəli qeyd etməyəcəyini açıqlayıb. Ad gününü yaxınlarının ətrafında qeyd edən Alim Qasımov bildirib ki, yubiley yaşının qeyd edilməsi Ramazan ayına təsadüf edib. Buna görə də ad gününü iftar süfrəsi arxasında yaxınları ilə birgə keçirəcək.

"Ad günüm orucluğa düşüb. Özüm də oruc tutmuşam. Axşam süfrə açıb yaxınları iftara çağırmışam",- Qasımov deyib.

O, bunu da etiraf edib ki, 55 yaşdan sonra artıq hiss olunan qocalıq dövrü başlayır.

Tanınmış muğam ifaçısı avqustun 21-də dinləyiciləri üçün Londonda konsert verəcəyini də qeyd edib.

Trend-in məlumatına görə, Alim Qasımov 1957-ci ildə anadan olub. Valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.

Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanmışdır. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşqul olurdu.

1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.

Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülmüşdür. Məs 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

Xəbər lenti

Xəbər lenti