Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/
IV Beynəlxalq Uşaq Muğam Festivalının bölgələr üzrə seçim turuna yekun vurulub.
"Kainat" Gənclər Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, avqustun 12-də təşkil olunmuş dinləmələr zamanı gənc muğam ifaçıları final mərhələsinə vəsiqə qazandılar. Həmin şəxslər 13 yaşlı Əbdülrəhmanov Hacıbaba Əlibaba oğlu ("Mani"), 14 yaşlı Səmədova Lalə Laçın qızı ("Şuşanın dağları"), 12 yaşlı Bünyadzadə Ayxan Qurban oğlu ("Mirzəhüseyn segahı"), 15 yaşlı Piriyev Fərman Eynulla oğludur ("Sarı gəlin").
Bundan başqa, Bakı, Abşeron - Sumqayıt turunun təşkili sentyabr ayına planlaşdırılıb. Xatırladaq ki, 16 yaşınadək uşaqlar arasında keçirilən IV Beynəlxalq Uşaq Muğam Festivalının finalı bu il oktyabrın 11-13-ü tarixlərində Bakıda Beynəlxalq Muğam mərkəzində təşkil olunacaq.