...

Bu il 130 film dövlət reyestrinə daxil edilib

Mədəniyyət Materials 20 Avqust 2012 11:51 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ayrı-ayrı televiziya kanallarının, dövlət studiyalarının təqdim etdikləri 130 film dövlət reyestrində qeydə alınıb.
Bu il 130 film dövlət reyestrinə daxil edilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ayrı-ayrı televiziya kanallarının, dövlət studiyalarının təqdim etdikləri 130 film dövlət reyestrində qeydə alınıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kinonun inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə elan edilmiş "Bu meydan, bu ekran-2012" kino layihələri müsabiqəsinin münsiflər heyəti qalib kino layihələrini təsdiqləyib. Həmin layihələr Gənc Film İstehsalçıları Assosiasiyasının "Senzor", "Rakord" və "Adari Films" şirkətlərinin "Gözlənti" layihəsidir. İilin sonunadək həmin filmlərin çəkilişinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti