...

Masallıda beynəlxalq folklor festivalı keçirilir

Mədəniyyət Materials 7 Sentyabr 2012 11:48 (UTC +04:00)
“Azərsun Holdinq”in Baş sponsorluğu ilə Masallıda beynəlxalq folklor festivalı keçirilir.
Masallıda beynəlxalq folklor festivalı keçirilir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Azərsun Holdinq"in baş sponsorluğu ilə Masallıda beynəlxalq folklor festivalı keçirilir.

Holdinqdən Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Masallının 2012-ci ildə "Azərbaycanın folklor paytaxtı" elan edilməsi çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçirilir.

Bu sənət yarışmasında bir çox ölkələrin, o cümlədən Türkiyə, İran, Rusiya, Qazaxıstan, Latviya folklor kollektivləri iştirak edəcəklər.

3 gün davam edəcək festivalda suvenirlərin satış yarmarkasının, müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti