Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir C.Babayeva/
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinskinin üzərində işlədiyi Nuru Paşa haqqında sənədli filmin çəkilişləri başa çatıb.
"Filmin ilkin adı "Xatirə"dir, filmin premyerasını gələn il keçirməyi planlaşdırırıq", - Ziya Şıxlinski Trend-ə deyib.
Film 1918-ci il hadisələrindən bəhs edir.
Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalçılarından azad edib.