...

"İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək

Mədəniyyət Materials 15 Sentyabr 2012 16:06 (UTC +04:00)
"Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə sentyabrın 16-dan 19-dək Bakıda səfərdə olacaq tanınmış türkiyəli yazıçı, "Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "Od" və bir çox başqa populyar romanların müəllifi İskəndər Palanın iştirakı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək.
"İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə sentyabrın 16-dan 19-dək Bakıda səfərdə olacaq tanınmış türkiyəli yazıçı, "Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "Od" və bir çox başqa populyar romanların müəllifi İskəndər Palanın iştirakı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək.

İctimai Birlikdən şənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın 17-də baş tutacaq gecədə ünlü yazıçı fəlsəfə, ədəbiyyat, estetika və din üzərinə düşüncə və fikirlərini bölüşəcək, oxucuları maraqlandıran suallara cavab verəcək.

Görüşdən əvvəl Dövlət Mahnı Teatrının girişində İskəndər Palanın "Od" romanının satışı təşkil olunacaq və kitabı əldə edənlər üçün sonda imzalanma mərasimi keçiriləcək. Kitabın satışından əldə edilən gəlir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək.

Qeyd edək ki, "Od" romanı bu günlərdə "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəfis şəkildə çap edilib.

Xəbər lenti

Xəbər lenti