...

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Mədəniyyət Materials 18 Sentyabr 2012 14:16 (UTC +04:00)
Tədbirdə, həmçinin Novi Sad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

17 sentyabr 2012-ci il tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Serbiyanın Novi Sad şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Dunay çayı üzərindəki "Sahilyanı park"da yaradılmış "Üzeyir Hacıbəyli Memorialı"nı ziyarət ediblər.

Tədbir iştirakçıları Üzeyir Hacıbəylinin xatirəsini yad edərək, dahi bəstəkarın büstü qarşısına gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından bəhs ediblər.

Tədbirdə, həmçinin Novi Sad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti