...

İtaliya telekanalında Azərbaycanla bağlı film nümayiş olunacaq

Mədəniyyət Materials 4 Dekabr 2012 13:37 (UTC +04:00)
İtaliyanın Roma şəhərində Azərbaycanın mədəniyyəti və turizminin dünyada, xüsusilə İtaliyada təşviq olunması məqsədi daşıyan "Odlar Yurdu" sənədli filminin təqdimatı keçirilib.
İtaliya telekanalında Azərbaycanla bağlı film nümayiş olunacaq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/

İtaliyanın Roma şəhərində Azərbaycanın mədəniyyəti və turizminin dünyada, xüsusilə İtaliyada təşviq olunması məqsədi daşıyan "Odlar Yurdu" sənədli filminin təqdimatı keçirilib.

Trend-in çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Odlar Yurdu" sənədli filmi italiyalı rejissor Daniele Carminati tərəfindən çəkilib və "İtalian Multimedia Group S.r.l" tərəfindən 5 dilə tərcümə olunub.

Filmin İtaliyanın dövlət televiziyası olan "RAİ 1" kanalında nümayiş olunması nəzərdə tutulur.

Təqdimat mərasiminə Azərbaycandan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti