...

Azərbaycanda tarixi abidələrin siyahısı yenilənir

Mədəniyyət Materials 22 Fevral 2013 12:37 (UTC +04:00)
Azərbaycanda aşkar edilmiş 1725 yeni abidə ilə bağlı siyahı Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları ilə razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Azərbaycanda tarixi abidələrin siyahısı yenilənir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda aşkar edilmiş 1725 yeni abidə ilə bağlı siyahı Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları ilə razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Yeni siyahı əsasında 2001-ci ilin dövlət reyestrinə əsaslanan bu məlumat, yəni əvvəlki siyahı yenilənəcək.

Nazirin birinci müavini deyib ki, abidələrin mühafizəsi sahəsində duran əsas məsələlərdən biri tarix və mədəniyyət abidələrinin yeni pasportlarının hazırlanmasıdır. Ötən il "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən nümunə olaraq Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qəsrinin pasportu tərtib edilib. Bu nümunə əsasında, ilk növbədə, 234 abidənin pasportlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti