...

Şəki Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanır

Mədəniyyət Materials 22 Fevral 2013 12:53 (UTC +04:00)
Şəki şəhəri Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanır.
Şəki Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Şəki şəhəri Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanır. Trend-in məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Atəşgah" məbədi və "Yanardağ" qoruqlarının birlikdə təbii mədəni irs nümunəsi kimi yaxın gələcəkdə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üzrə işlər aparılır.

Əliyev deyib ki, hazırda Azərbaycanda iki dünya əhəmiyyətli abidə - "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Onun sözlərinə görə, "2013-2020-ci illərdə daşınmaz tarx və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti