...

Əbülfəs Qarayev mədəniyyət və turizm şöbələrinin fəaliyyətindən narazıdır

Mədəniyyət Materials 15 Mart 2013 11:34 (UTC +04:00)
Əfsuslar olsun ki, bu gün bütün mədəniyyət və turizm şöbələri istədiyimiz səvyyədə çalışmır. Trend-in məlumatna görə, bunu Azərbaycanın mədənyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.
Əbülfəs Qarayev mədəniyyət və turizm şöbələrinin fəaliyyətindən narazıdır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Əfsuslar olsun ki, bu gün bütün mədəniyyət və turizm şöbələri istədiyimiz səvyyədə çalışmır. Trend-in məlumatna görə, bunu Azərbaycanın mədənyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Onun sözərinə görə, bunun müxtəif subyektiv və obyektiv səbəbləri var. Bu səbəblər sırasında bəzi rayonlarda maddi-texniki bazanın hələ də çox aşağı olması, mədəniyyət müəssiələrinin normal olmayan binalarda fəaliyət göstərməsidir.

Nazir bildirib ki, mədəniyyət və turizm şöbələrində ali və orta ixtisas təhsilli işçilrin sayının azalması müşahidə edilir.

Bunlardan çox narahat olduqlarını deyən Qarayev qeyd edib ki, bütün bunlara baxmayaraq, regionlarda yerləşən müəssisələr çox böyük məsuliyyətlə çalışır, insanların tələbatlarına uyğun yeniliklər tətbiq edirlər.

"Regionlarda mədəniyyət sahəsində mühüm işlər görülür. Ona görə də bu sahədə ümumi vəziyyət yaxşıdır",-nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti