...

Azərbaycanın regionlarında mədəniyyət sahəsində çalışan ixtisasli mütəxəssislər üçün müxtəlif güzəştlərin tətbiqi təklif edilib

Mədəniyyət Materials 15 Mart 2013 12:40 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi regionlarda mədəniyyət sahəsində çalışan ixtisasli mütəxəssislər üçün müxtəlif güzəştlərin tətbiqini, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət ali və orta ixtisas təhsili müəssisələri tərəfindən təyinat mexanizminin qismən bərpa edilməsini təklif edir.
Azərbaycanın regionlarında mədəniyyət sahəsində çalışan ixtisasli mütəxəssislər üçün müxtəlif güzəştlərin tətbiqi təklif edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi regionlarda mədəniyyət sahəsində çalışan ixtisasli mütəxəssislər üçün müxtəlif güzəştlərin tətbiqini, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət ali və orta ixtisas təhsili müəssisələri tərəfindən təyinat mexanizminin qismən bərpa edilməsini təklif edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədənyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev regionlardakı mədəniyyət və turizm şöbələrinin ötən ilki fəaliyyətlərinin yekunlarına həsr edilən müşavirədə deyib.

O bildirib ki, bəzi rayonlarda ali təhsilli kitabxana və klub işçilərinə, musiqi müəllimlərinə böyük ehtiyac yaranıb. Ayrı-ayrı məktəblərin rayon mədəniyyət və turizm şöbələri qonşu şəhərlərdən mütəxəssislər çəlb etməklə problemi aradan qaldırmağa çalışırlar. Ancaq bu mühüm problemi həlli üçün kompleks tədbirlər görülməlidir. Bunun üçün regionlarda mədəniyyət sahəsində çalışan ixtisasli mütəxəssislər üçün müxtəlif güzəştlər tətbiq edilməli, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət ali və orta ixtisas təhsil müəssisələri tərəfindən təyinat mexanizmi qismən bərpa edilməlidir.

Nazir müavini deyib ki, rayonlarda ən ehtiyac duyulan mütəxəssislər barədə məlumat bankı yaradılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti