...

Yarat! “Reklam acgözləri gecəsi”ni təqdim edir

Mədəniyyət Materials 16 Aprel 2013 10:08 (UTC +04:00)
Aprelin 26-da Bakıda "Nizami" kinoteatrında çoxdan gözlənilən “Reklam acgözləri gecəsi” keçiriləcək.
Yarat! “Reklam acgözləri gecəsi”ni təqdim edir

Azərbaycan, Bakı, 16 aprel /Trend Life, müxbir C.Babayeva/

Aprelin 26-da Bakıda "Nizami" kinoteatrında çoxdan gözlənilən "Reklam acgözləri gecəsi" keçiriləcək.

Azərbaycanda "Gecənin" keçirilməsinə "CinemaMixer" şirkəti və "YARAT!" müasir incəsənət məkanı təşkillatçılıq edir, deməli bu tədbir ecazkar və unudulmaz olacaq. Tamaşaçılar bir neçə saat ərzində nəinki son 100 ilin ən yaxşı reklam çarxlarına baxacaqlar, həmçinin möhtəşəm bir şouda iştirak edəcəklər, axı "Acgözlərin gecəsi" həmişə unikal proqrama, formata və atmosfera malik olur.

Keçən əsrin 70-ci illərində fransız sahibkarı Jan-Mari Bursiko tərəfindən yaradılan bu layihə, 30 il ərzində dünyaca məşhur olmuş və tamaşaçıların gözlədiyi bir hadisəyə çevrilib.

Ancaq 2009-2010-cu illər ərzində layihə dünyanın bir çox ölkəsində keçirilib - İsveçrə, Serbiya, Rumınya, Madaqaskar, Moldova, CAR, Polşa, Livan, Belçika, Meksika, Fransa, İtaliya, İspaniya, Ukrayna, Çexiya, Slovakiya, Azərbaycan, Rusiya, Hollandiya, Monako, Portuqaliya, ABŞ, Bolqarıstan, Yaponiya, Almaniya, Əlcəzair, Konqo, Küveyt, Mərakeş, Honkonq, Çili və s.

Keçirilən hər gecənin özəlliyi, onun keçirildiyi ölkədən və təşkilatçıların təşəbbüsündən asılıdır. Müxtəlif illərdə "gecənin" mövzuları sevgi, uşaqlar, kino, idman, avtomobillər, qadınlar və analıq olmuşdur... Dünyada Çin, fransız yaxud Amerikasayağı "gecələr" olmuşdur, hansılar kədərli və yumoristik, siyasi məzmunlu və bəzən çox cəsarətli mövzuya malik idilər. Bir şey dəyişilməz qalır, böyük şirkətlər öz reklam çarxlarını gecənin menyusunda görməyi özlərinə şərəf bilir, tamaşaçılar isə bu cür "kino-qidaya" görə yuxularına haram qatmağa hazır olurlar.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

26 aprel, saat 21 00

Nizami kinoteatrı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti