...

Bu gün Hökümə Qurbanovanın 100 illik yubileyi qeyd ediləcək

Mədəniyyət Materials 11 İyun 2013 08:04 (UTC +04:00)
Bu gün xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi qeyd ediləcək.
Bu gün Hökümə Qurbanovanın 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bu gün xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi qeyd ediləcək.

Trend-in məlumatına görə, Azərbaycan Prezidentinin "Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında" 4 mart 2013-cü il tarixli sərəncamına əsasən, 2013-cü il iyun ayının 11-də, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, dövlət mükafatı laureatı Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək və yaratdığı obrazlardan parçalar nümayiş olunacaq.

1988-ci il noyabrın 2-də Bakıda vəfat etmiş H.Qurbanova Fəxri xiyabanda dəfn olunub.

Xəbər lenti

Xəbər lenti