...

Nelson Mandelaya həsr olunmuş filmin fraqmenti yayımlandı

Mədəniyyət Materials 20 İyul 2013 19:33 (UTC +04:00)
42 gündür ki, xəstəxanada olan Afrikanın əfsanəvi lideri Nelson Mandelanın həyatından bəhs edən filmin fraqmenti yayımlanıb.
Nelson Mandelaya həsr olunmuş filmin fraqmenti yayımlandı

Azərbaycan, Bakı, 20 iyul /Trend/

42 gündür ki, xəstəxanada olan Afrikanın əfsanəvi lideri Nelson Mandelanın həyatından bəhs edən filmin fraqmenti yayımlanıb.

Trend-in məlumatına görə, "Mandela: Azadlığa uzun yolçuluq" filminin 2.30 dəqiqəlik nümayişi əfsanəvi liderin 95-ci doğum gününə təsadüf edib.

Hərəkətli musiqi və səs effektləri ilə bol olan yeni film Nobel Sülh Mükafatı laureatının Afrika Konqresinin üzvü, insan haqlarının müdafiəçisi kimi gənc yaşlarından həbsdən azad edilməsinə qədərki mübarizəsinə həsr olunub. Filmdə Mandelanın 27 illik məhbəs həyatından sonra 1994-cü ildə irqçi rejimə son qoyan ilk demokratik seçkilər də öz əksini tapıb.

Qeyd edək ki, həyatını qaradərililərin azadlıq mübarizəsinə həsr edən Mandelanı sonuncu dəfə Morqan Friman 2009-cu ildə "Invictus" filmində canlandırmışdı.

Bu dəfə Mandela rolunu ifa edən ingilis aktyor İdris Elba deyib: "Mandelanı anlamaq istəyən bu filmi izləsin".

Xəbər lenti

Xəbər lenti