...

Müslüm Maqomayev Özbəkistanda anılıb

Mədəniyyət Materials 21 Avqust 2013 15:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş konsert proqramı olub.
Müslüm Maqomayev Özbəkistanda anılıb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş konsert proqramı olub.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, tədbir Daşkənddəki Azərbaycan diasporunun gənclər təşkilatı ilə birgə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Müslüm Maqomayevin Azərbaycan musiqisini bütün dünyaya tanıtdığını və onun ifasının əvəzolunmaz olduğunu qeyd etmiş, Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışıb.

Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycanım" musiqi qrupunun ifasında Azərbaycan mahnıları, habelə Müslüm Maqomayevin repertuarından mahnılar ifa edilib.

Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Məmmədov çıxış edərək Müslüm Maqomayevin Azərbaycanı keçmiş sovetlər məkanında geniş şəkildə tanıtdığını və onun adının həmişə fəxrlə çəkildiyini bildirib.

Tədbirdə Müslüm Maqomayevin xatirəsinə ithaf edilmiş və azərbaycanlı gənclərdən ibarət "Şən və hazırcavablar klubu"nun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti