...

Bişkekdə Azərbaycan musiqisi günü keçiriləcək

Mədəniyyət Materials 10 Oktyabr 2014 18:00 (UTC +04:00)
Azərbaycan musiqisi günü çərçivəsində Bişkek şəhərində A.Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının premyerası keçiriləcək.
Bişkekdə Azərbaycan musiqisi günü keçiriləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə 2014-cü il oktyabrın 15-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan musiqisi günü keçiriləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan musiqisi günü çərçivəsində Bişkek şəhərində A.Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının premyerası keçiriləcək.

Tamaşanın quruluşçu dirijoru Qırğızıstanın xalq artisti Jumakadır Kanimetov, quruluşçu rejissoru əməkdar artist Sapar İsmailov, quruluşçu baletmeysteri Berdalı Pomankulov, quruluşçu xormeysteri isə Karaqul Tilençiyevdir.

Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.

"Arşın mal alan" operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılarıdır.

Gülçöhrə rolunda Gülnur Niyazbayeva, Əskər rolunda Stalbek Junuşaliyev, Suleyman rolunda Nurciqit Asanov, Sultanbəy rolunda Qırğızıstanın əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda Kunduz Karıppayeva, Telli rolunda Salıyma Mamatova, Vəli rolunda isə Almazbek İstambayev çıxış edəçəklər.

Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti