...

Qara Qarayev anılacaq

Mədəniyyət Materials 3 Fevral 2015 17:58 (UTC +04:00)
Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım tədbirləri keçiriləcək.
Qara Qarayev anılacaq

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım tədbirləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin ifasında "XX əsrin dahi bəstəkarları" adlı konsert proqramı təqdim ediləcək.

Həmçinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində tədbir keçiriləcək. Tədbirdə Q.Qarayevin həyat və yaradıcılığı haqqında çıxışlar ediləcək, bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə nümayiş olunacaq. Tədbir Bakı Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifalarında Q.Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Bakı Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbə heyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti