...

Səməndər Rzayev - 70

Mədəniyyət Materials 6 Fevral 2015 17:42 (UTC +04:00)
Səməndər Rzayevin 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək.
Səməndər Rzayev - 70

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Səməndər Rzayevin 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək.

Görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Mənsim oğlu Rzayevin 11 fevral 2015-ci il tarixində Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xatirə gecəsi keçiriləcək. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

O, 1945-ci ildə Bakı şəhərində anadan olub, 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.

Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin ("Xəyyam", "Knyaz", "İblis", H.Cavid), Hətəmxan ağa ("Müsyö Jordan və dərviş Məstəlişah", M.F.Axundzadə), Vaqif ("Vaqif", S.Vurğun), Valentin, Fazil Küleyni ("İnsan", "Dəli yığıncağı", C.Məmmədquluzadə), Balaxan ("Aydın", C.Cabbarlı), Əmir İnanc ("Qılınc və qələm", M.Ordubadi), SezarRupf ("Böyük Romul", F.Dürrenmatt), Bessemenov ("Meşşanlar", M.Qorki), Qulamov ("Müdriklər", A.Ostrovski), Kapitan ("Küləklər", S.Rəhman), Doqberi, Kaliban ("Heç nədən hay-küy", "Fırtına", U.Şekspir), Qənimət, Muradov, Vahid ("Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Bağlardan gələn səs", İ.Əfəndiyev), İkinci Reşad, Əmir ("İkinci səs", "Fəryad", B.Vahabzadə), Mazar bəy ("Közərən ocaqlar", M.İbrahimov), Tərlan ("Sənsiz", Ş.Qurbanov), Bəhram, Xudayar bəy, Eldar ("Şəhərin yay günləri", "Sizi deyi b gəlmişəm", "Sən yanmasan...", N.Xəzri), Beryozin ("Daşqın", A.Safronov) kimi rollarda çıxış edib.

S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, "Evləri köndələn yar" televiziya tamaşasında, "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin oğurlanması" və başqa bədii filmlərdə çəkilib.

Sənətdə qazandığı uğurlara görə S.Rzayev "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti