...

Elnur "O səs Türkiyə"ni fəth etməkdə davam edir (VİDEO)

Mədəniyyət Materials 11 Fevral 2015 08:44 (UTC +04:00)
"O səs Türkiyə"də yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov 1/4 final mərhələsində səhnəyə çıxıb.
Elnur "O səs Türkiyə"ni fəth etməkdə davam edir (VİDEO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"O səs Türkiyə"də yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov 1/4 final mərhələsində səhnəyə çıxıb.

Trend-in TV 8 telekanalına istinadən verdiyi məlumata görə, Ebru Gündeşin komandasında yarışan həmyerlimiz Şəbnəm Fərahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını oxuyub.

İfasıyla bir daha münsiflərin rəğbətini qazanan Elnur haqqında Ebru Gündeş bunları deyib: "Elnur çox güclü səsdir. O, bunu elə gəldiyi ilk gündə jüridəki dostlarımın onu ayaq üstə alqışlaması ilə sübut edib".

Formata əsasən səhnədə digər komandanın ifaçıları ilə yarışan E.Hüseynov dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcısı olduğu musiqi yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti