Azərbaycan, Bakı, 12 fevral /Trend/
Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə"nin final həftəsinə vəsiqə qazanıb.
Trend xəbər verir ki, Ebru Gündeşin komandasında yarışmağa davam edən Elnur bu dəfə "Exogenesis" simfoniyasından bir parça səsləndirib.
Mazhar-Özkan cütlüyünün və Hadisənin yarışmaçıları ilə səhnəyə çıxan həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində üçlüyün birincisi olub.
Elnur Hüseynov "O səs Türkiyə"nin final həftəsinə vəsiqə qazanıb (VİDEO) (FOTO)
Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə"nin final həftəsinə vəsiqə qazanıb.
