Azərbaycan, Bakı, 19 fevral /Trend/
Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu.
Trend-in məlumatına görə, yarışmaya qatıldığı həmyerlimiz Elnur Hüseynov finalda da çıxışı ilə yadda qalıb.
Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk olaraq "O Sole Mio" opera parçasını səsləndirib.
Daha sonra o, ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.
İlk səsvermədən sonra Elnur qalib "üçlük"də qalıb. İfaçı bu dəfə ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnısını yenidən oxuyub.
Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq qalib olmaq üçün yarışmaya davam edib və ən nəhayət finalda "O səs Türkiyə"nin 4-cü mövsümündə birinciliyə layiq görülüb.