Azərbaycan, Bakı, 20 fevral /Trend/
İctimai Televiziyanın "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynovun "Eurovision 2015" mahnı müsabiqəsinə göndərilməsi barədə yayılmış xəbərə münasibət bildirdiyi həqiqətəuyğun deyil. Bu barədə Trend İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, onlar bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməyiblər: "Eurovision 2015"-də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək".